Bakıda beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi keçiriləcək

img

25-05-2010 [03:02]


gn=left]2010/iteca.jpg[/libt] Bu gün 9-cu Beynəlxalq Nəqliyyat, Tranzit və Loqostika ?Trans Caspian 2010? Sərgisisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Nəqliyyat Nazirliyi nəqliyyatın inkişafı və elmi-texniki siyasət şöbəsinin elmi-texniki siyasət sektorunun müdiri İlkin Əfəndiyev bildirib ki, ?Trans Caspian 2010? Sərgisi ?Bakı Ekspo? sərgi və toplantı mərkəzində keçiriləcək. Bütün beynəlxalq standartlara cavab verən yeni kompleksdə keçirələcək sərgi, nəqliyyat sahəsinin geniş mütəxəssis dairələrin müasir yükdaşıma texnologiyalarını təqdim etməyə imkan verir və həmçinin işgüzar mühit və təcrübə mübadiləsi üçün əlverişli şərait yaradacaqdır. Sərgiyə rəsmi dəstək Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, ?TRACECA? və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən göstərilib. Nəqliyyat Nazirliyinin Katiblik şöbəsinin müdiri Namiq Həsənov qeyd edib ki, sərgidə Azərbaycan, Böyük Britaniya, Almaniya, Litva, Polşa, Rusiya, Türkiyə və Ukraynadan olan 43 şirkət iştirak edəcək. Sərginin əsas bölmələri yol nəqliyyatı, neftdaşma/boru kəmərləri, gəmiqayırma, ekspeditorlar/daşıyıcılar, dəniz nəqliyyatı, loqistika, dəmir yolu avadanlığı, gömrük xidmətləri, yüklərin sığortalanması, yükləmə-boşaltma avadanlığı və s. Azərbaycan iqtsadiyyatın nəqliyyat sektorunun bu cür səmərəli inkişaf etməsi sərginin keçirilməsinin aktual olduğunu vurğulayır. ?TransCaspian? sərgisi Qafqazda çox mühüm nəqliyyat forumu olmaqla, Azərbaycan nəqliyyat-tranzit potensialının səmərəli istifadə olunmasına öz töhfəsini verir və bölgədə nəqliyyat sahəsi mütəxəssislərinin məhsuldar əməkdaşlığı üçün şərait yaradır. [b]Rəhilə Manafova[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA