Azərbaycanda yeni qurum yaradılacaq - Prezidentdən nazirə tapşırıq

img

17-12-2016 [15:01]


Azərbaycanda 2017-ci ildə Milli Turizm Təbliğat Bürosu yaradılacaq.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb.

Büronun yaradılması Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb. Büronun fəaliyyəti nəticəsində 2020-ci ildə 5 milyon manat birbaşa və 5 milyon manat dolayı olmaqla, ümumilikdə 10 milyon manat əlavə dəyər yaranması proqnozlaşdırılır. Bakıda mehmanxana və mehmanxana tipli müəssisələrdə xarici ölkə vətəndaşları üzrə gecələmə sayının 2015-ci il üzrə təxminən 0,8 milyon gecədən 2020-ci il üzrə ən azı 3,65 milyon gecəyədək artırılacaq. Bütün əsas tədbirləri əlaqələndirmək üçün Bakı şəhəri üzrə turizm təqvimi də yaradılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA