Azərbaycanda maşınlar bahalaşdı - RƏSMİ

img

17-12-2016 [14:52]


Cari ilin noyabr ayında Azərbaycanda minik avtomobillərinin qiymətləri əvvəlki ayla müqayisədə 1,5% artıb.

Mia.az xəbər verir ki, report-a rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, yanvar-noyabr ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə bahalaşma isə 10,4% səviyyəsində olub.

Minik avtomobillərinin ehtiyat hissələri də noyabr ayı ərzində 0,9% bahalaşıb. Cari ilin yanvar-noyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə isə 30,7% artım qeydə alınıb.

Xatırladaq ki, 2015-ci ilin yanvar-noyabr ayları ərzində minik avtomobillərinin qiymətində illik cəmi 2,9%, ehtiyat hissələrinin qiymətində isə 3,3% artım qeydə alınmışdı.

Rəsmi statisikaya əsasən velosipedlər də noyabrda 0,8% bahalaşıb. İllik artım isə 20,3% təşkil edib.
Qeyd edək ki, 2016-cı ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 12,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,1%, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,6% artıb.
2016-cı ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsulları və xidmətlər 1,7%, o cümlədən ərzaq məhsulları 2,6%, qeyri-ərzaq məhsulları 1,9%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,3% bahalaşıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA