Dünya Ətraf Mühit Günü Bakıda qeyd ediləcəkdir

img

25-05-2010 [01:37]


Ölkə rəhbərliyi tərəfindən Azərbaycanda ətraf mühitə göstərilən qayğı və ekologiya sahəsində görülən işlər dünyanın diqqətindən yayınmayıb. Bakı Avropanın üç şəhərindən biri seçilib. Dünya Ətraf Mühit Gününün 2010-cu ildə Avropa regionunda qeyd edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) builki baş şəhərlər siyahısına İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı Azərbaycanın Bakı şəhərini də salmışdır. Ölkəmizin paytaxtının bu statusa layiq görülməsi Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiya sahəsində görülən işlərin, həyata keçirilən dövlət və milli proqramların uğurlu nəticəsi kimi qiymətləndirilir və Beynəlxalq qurumların Cənubi Qafqaz regionunda Azərbaycana böyük önəm verməsindən irəli gəlir. ?Dünya Ətraf Mühit günü-2010?-a Avropa regionu üzrə öndərlik edəcək üç şəhərdən biri kimi Bakının seçilməsi təsadüfi deyil. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının, sosial-mədəni həyatın bütün sahələrində, o cümlədən, ekoloji tarazlığın qorunması, ətraf mühitin sağlamlaşdırılmasında aparılan ardıcıl və məqsədyönlü fəaliyyətin uğurlu nəticəsidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA