Əməliyyat stolunda ölən polis rəisi ilə bağlı araşdırma başladı - Nazirlik və prokurorluqdan açıqlama

img

16-12-2016 [17:44]


Qazax Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Natiq Həsənov Bakının Binəqədi rayonunda yerləşən Avrasiya klinikasında dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Axar.az-a açıqlamasında olayın nazirlik tərəfindən araşdırılmadığını bildirib: "Özəl klinikada baş verən ölüm hadisəsini nazirlik yalnız müraciət daxil olduğu təqdirdə araşdırır. Bu hadisə barədə isə məlumatımız yoxdur və müraciət də daxil olmayıb”.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə bildirib ki, ölüm faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmaya başlanılıb.

Xatırladaq ki, bu gün Qazax Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Natiq Həsənov əməliyyatdan sonra baş verən qanaxma nəticəsində dünyasını dəyişib. Report-un məlumatına görə, 52 yaşlı polis rəisi mədəsindən əməliyyat olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA