Küləyin uçurduğu köşk tapıldı - Operativ qərargahın xəbəri yoxdur

img

16-12-2016 [16:41]


N.Nərimanov adına NQÇİ-dəki hadisə zamanı küləyin uçurduğu yaşayış budkası suyun dibində tapılıb.

Mia.az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, 15.12.2016-cı il tarixində güclü külək nəticəsində "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş verən hadisədə itkin düşən neftçilərin axtarış işləri davam etdirilir.

Bu gün axtarış işlərinə əlavə dalğıc gəmiləri cəlb olunmuş, vertalyot və gəmilərin sayı artırılıb. Hadisə baş verən ərazidə suyun dibində küləyin uçurduğu yaşayış budkası aşkar edilib, dalğıclar onun içərisinə daxil olaraq müşahidə aparıblar. Hadisə zamanı itkin düşən neftçilərdən hec biri yaşayış budkasında olmayıb. Hazırda budkanın sudan çıxarılaraq gəmiyə qaldırılması prosesi davam edir.

Maraqlıdır ki, faciyə ilə əlaqədar yaradılmış operativ qərargahdan AzNews.az-a bildirdilər ki, köşkün tapılması ilə bağlı onlarda heç bir məlumat yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA