16-12-2016 [14:41]
Azərbaycanda saxta yumurta satılması ilə əlaqədar faktlar üzə çıxıb.
Mia.az xəbər verir ki, istehlakçıların "Report"a təqdim etdiyi videodan göründüyü kimi onun "KİVİ" marketdən aldığıyumurtanın sarısı təbii halda olduğundan xeyli fərqlənir. Çindən gətirildiyi ehtimal edilən bu sayaqyumurtaların kimyəvi maddələrdən istifadə etməklə istehsal olunduğu bildirilir.Bu kimyəvi məhsulun hazırlanması üçün toyuq saxlamağa, onu böyüdüb-artırmağa artıq ehtiyac qalmır. Mütəxəssislərin rəyinə görə, yumurtanın qabığının hazırlanmasında kalsium-korbonatdan istifadə olunur. Saxta yumurtanın içi isə jelatin, boyayıcı və digər maddələri qarışdırmaqla hazırlanır.
İstehlakçının apardığı araşdırma nəticəsində məlum olub ki, saxta məhsulu kənd yumurtası adı ilə satış məntəqələrinə Adil adlı şəxs çatdırır, lakin onunla əlaqə saxlamaq mümkün olmur: "Yumurta kasetinin içindəki yumurtalar tam saxta olmur. İnsanları çaşdırmaq üçün qarışıq qoyurlar. Yəni müştəri alanda hamısı saxta yumurta çıxmır”.
Hətta ötən ay Azərbaycanda aparılan reyd zamanı saxta yumurta istehsal olunan müəssisə belə aşkarlanıb. Lakin buna baxmayaraq, aidiyyəti dövlət orqanları ölkəyə saxta yumurtaların gətirilməməsi ilə bağlı məlumatları təkzib edirlər.
Bir müddət əvvəl bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəis vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov Çindən Azərbaycana saxta yumurta idxal edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. O qeyd edib ki, Çin Xalq Respublikasından 2016-cı il ərzində Azərbaycana 1 ədəd də olsun yumurta idxal olunmayıb: "Bunu Dövlət Gömrük Komitəsi təsdiq edə bilər. Əhaliyə müraciət edərək bildirirəm ki, əgər kiminsə əlində bu barədə hər hansı fakt, süni yumurtanın satıldığı məkan haqda məlumat varsa, dərhal Dövlət Baytarlıq Nəzarəti xidmətinin "qaynar xətti”nə məlumat versinlər. Kütləvi informasiya vasitələrinin iştirakı ilə bu faktı yerində araşdırmağa hazırıq. Bir daha qeyd edirəm ki, yayılan məlumatlar heç bir real fakta söykənmir”.
Dövlət Gömrük Komitəsi də son günlər bir sıra kütləvi informasiya vasitələrində Çindən Azərbaycana saxta yumurta və düyü idxal edilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlama yayıb.
Komitənin yaydığı məlumatda bildirilib ki, Dövlət Gömrük Komitəsi 2016-cı il ərzində Çin Xalq Respublikasından Azərbaycana, ümumiyyətlə, yumurta idxalı qeydə alınmayıb və bu ölkədən Azərbaycana saxta yumurta idxal edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edək ki, saxta yumurta təbii yumurtadan bir qədər iri olması ilə fərqlənir. Bundan başqa, yumurtanın qabığı daha parıltılı olur, çırpılan yumurtanın ağı sarısıyla tez qarışır və suda bişdikdə rezin kimi möhkəm olur. Həmin yumurtanı yandıranda isə plastmas maddə qoxusu gəlir.Ekspertlər vurğulayır ki, bu kimyəvi məhsul qaraciyəri zədələyir, saxta yumurtanın istehsalının ölkədə yayılması ilk növbədə qaraciyər xəstəliklərinin artmasına səbəb olacaq.





Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi