Universitetdə tələbələrin təqaüdü niyə verilmir? - Şikayət + Açıqlama

img

16-12-2016 [12:47]


Azərbaycan Texniki Universitetinin tələbələri təqaüdlərini ala bilmir.

 Bu barədə adı çəkilən universitetin tələbələri məlumat veriblər.

Məlumata görə, noyabr və dekabr aylarının təqaüdləri verilmir.

Məsələ ilə bağlı Azərbaycan Texniki Universiteti ilə əlaqə saxladıq. Universtitetin mətbuat katibi Nicat Abdullayev bildirdi ki, problemlə bağlı müvafiq qurumlara müraciət edilib: 

"Tələbələrin təqaüdləri universitet büdcəsindən asılı olmadığı üçün bu məsələnin univeristetlə əlaqəsi yoxdur. Təqaüdlər dövlət büdcəsindən verilir. Ali təhsil müəssisəsinin buna hər hansı bir təsir etmək mexanizmi yoxdur. Biz sadəcə təqaüd alacaq tələbələrin siyahısını müvafiq orqanlara təqdim edirik. Dövlət büdcəsindən tələbələr üçün ayrılan hesaba vəsait köçürülür.

Biz universitet olaraq istəyirik tələbələr təqaüdlərini vaxtında alsınlar. Biz bu barədə müraciət etmişik. Ümid edirik yaxın vaxtlarda tələbələr təqüdlərini alacaqlar”.

Məsələ ilə bağlı Maliyyə Nazirliyinə göndərilən sorğu cavabsız qalıb. 

Bizimyol.info

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA