ABŞ Konqresində 28 may ? Respublika Günü münasibətilə qəbul mərasimi keçirilib

img

25-05-2010 [12:25]


Azərbaycan Demokratik Respublikasının (ADR) 92-ci ildönümü münasibətilə ABŞ Konqresində məşhur ?Cannon Caucus? zalında təntənəli qəbul mərasimi keçirilib. Azərbaycanın ABŞ-dakı səfirliyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, ziyafətdə ABŞ Konqresinin çoxsaylı üzvləri, Dövlət Departamenti, Müdafiə, Enerji və Ticarət Nazirliklərinin və digər ABŞ dövlət orqanlarının rəsmiləri, Vaşinqtondakı elmi tədqiqat mərkəzlərinin aparıcı ekspertləri, ABŞ şirkətlərinin vəzifəli şəxsləri, müxtəlif QHT-lərin nümayəndələri, ABŞ-da akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, Azərbaycan diasporunun üzvləri, Azərbaycan Səfirliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər. Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev qonaqları salamlayaraq, ADR-in Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpasında önəmli rol oyandığını bildirib. O, 1991-ci ildə öz dövlət müstəqilliyini yenidən qazanmış Azərbaycanın inkişaf etməkdə davam etdiyini və regionun həm siyasi, həm də iqtisadi cəhətdən lider dövləti olaraq inamla irəliyə doğru addımladığını vurğulayıb. Səfir Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu modernləşmə siyasətinin Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. O, həmçinin Respublika Günü münasibətilə təbrik bəyanatları ilə çıxış etmiş ABŞ konqresmenlərinə öz təşəkkürünü bildirib. ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr, Təbii Ehtiyatlar və Nəqliyyat komitələrinin üzvü, həmçinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Bill Şuster ADR-in böyük tarixi önəmini vurğulayaraq, Azərbaycan xalqını və hökumətini bayram münasibətilə ürəkdən təbrik edib. Konqresmen çox dinamik və həssas regionda yerləşən Azərbaycanın ABŞ üçün son dərəcə önəmli müttəfiq olduğunu vurğulayıb. O, dünyada enerji təhlükəsizliyinin təminatında və ABŞ-ın Əfqanıstandakı və digər qaynar nöqtələrdəki sülhyaratma səylərində Azərbaycanın oynadığı rolu xüsusilə qeyd edib. Konqresmen ABŞ-ın yaxın müttəfiqi olan Azərbaycana qarşı yönəlmiş ədalətsiz 907-ci əlavənin tezliklə ləğvinə çağırıb. Sonra Vaşinqton şəhəri merinin şəxsi nümayəndəsi, meriyanın protokol idarəsinin rəisi Patrisia Elvud çıxış edərək, mer Adrian Fentinin Azərbaycan Respublikasına və xalqına ünvanladığı təbrik məktubunu oxuyub. Məktubda ABŞ paytaxtının inkişafına verdiyi mədəni töhfəyə görə Azərbaycan səfirliyinə təşəkkür ifadə edilib. Mərasimdə Heydər Əliyev Fondunun hazırladığı kitablar, ?İRS? jurnalının ADR-in ildönümünə həsr olunmuş ingilisdilli sayı, ?LiderTV?nin hazırladığı film və Azərbaycandan bəhs edən digər nəşrlər iştirakçılar arasında paylanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA