Hüseyn Bağırovun qəbul qrafiki açıqlandı - 6 rayondan şikayətçilər qəbul ediləcək

img

16-12-2016 [11:59]


Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov 27 dekabr 2016-cı il tarixində saat 10:00-da Zərdab şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Zərdab şəhəri Heydər Əliyev prospekti) Zərdab, Bərdə, Tərtər, Ucar, Xocavənd və Laçın rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. 

Mia.az nazirliyə istinadən xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 "Qaynar xətt”i ilə əlaqə saxlaya bilərlər:

"Həmçinin 6 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə (Göyçay şəhəri, Rauf İsayev 42) müraciət etmələri (əlaqə telefonları: 020-27-4-53-69, 050-556-86-09, 050-525-66-62) xahiş olunur".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA