Dalğa Gənclər Hərəkatı ?Tələbəyə qiymət almağa kömək edin? aksiyası keçirib

img

24-05-2010 [06:47]


Bu gün saat Dalğa Gənclər Hərəkatının (DGH) fəalları Azərbaycan Dövlət Neft Akademiyasının və Azərbaycan Dövlət İqtisad Universitetinin binaları qarşısında ssesiya qabağı olacaq rüşvət hallarına etiraz olaraq aksiya keçirib. Müstəqil İnformasiya Agentliyini xəbərinə görə, 30 dəqiqə çəkən aksiya müddətində gənc fəallar ?Tələbəyə qiymət almağa kömək edin?, ?Qiymət almağa pul yoxdur? kimi şüarları öz üzərində əks etdirərək etiraz ediblər. Onu da bildirək ki, gənc fəallar universitet binalarının qarşısında olan əhalidən ?rüşvət vermək? üçün pul istəyiblər. Simvolik olaraq yığılan pulları universitet müəllimlərinə rüşvət kimi təklif olunacaq. Qeyd edək ki, Dalğa Gənclər Hərəkatı mayın 20-dən 27-nə qədər təhsil həftəsi elan edib. Aksiyanın əsas məqsədi bu təhsil həftəsində tələbələrin rüşvətə etiraz etmələrini stimullaşdırmaq və bu problemi ictimailəşdirməkdir. 24 may 2010 tarixli aksiyaya heç bir polis müdaxiləsi olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA