Xəzərdə meyiti tapılan neftçilərdən birinin nəşi sahilə gətirilib

img

15-12-2016 [23:25]


Neftçi Qafarov İlhamın meyiti "Qaradağ 8" gəmisi ilə sahilə gətirilib.

Mia.az xəbər verir ki, bu barədə "Report"a "Azneft" İB-dən bildirilib. Onun meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə aparılıb. Neftçinin meyiti bu gün ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, bu gün N. Nərimanov adına NQÇİ-də baş vermiş hadisə zamanı itkin düşmüş 10 nəfərdən birinin meyiti tapılaraq dənizdən çıxarılıb.Tapılan meyitin N. Nərimanov adına NQÇİ-nin 3 saylı neft-yığım məntəqəsinin əmtəə operatoru, 1958-ci il təvəllüdlü, Bakı şəhəri, Ələt qəsəbəsinin sakini Qafarov İlham Əlihüseyn oğluna aid olduğu müəyyən edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA