15-12-2016 [20:08]
Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə qəbul zamanı bəziailələrin uşaqlarına güzəştlər ediləcək.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bugünki iclasında "Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin ikinci oxunuşunun müzakirəsində deyib.
Komitə sədrinin sözlərinə görə, dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə işləyən tək valideynlərin, təhsilalan anaların, I və II qrup əlillərinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, hərbi xidmətdə olan ataların uşaqları, çoxuşaqlı ailələrdən vəqəyyumluqda olan uşaqlar qəbul ediləcəklər: "Dövlət məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə alan uşaq üzrsüz səbəbdən 30 gün, üzrlü səbəbdən 60 gün müddətinə təlim-tərbiyə və tədris prosesindən yayınaraq müəssisəyə gəlmədikdə, uşaq müəssisədən xaric ediləcək. Müstəsna hallarda yay dövründə 60 gündən artıq üzrlü səbəbdən və ya valideynin yazılı ərizəsi əsasında uşağınmüəssisəyə gəlməməsinə icazə verilir. Məktəbəqədər təhsil müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulan ödəniş haqqı əmək bazarının tələbatına uyğun olaraq tələb-təklif prinsipi əsasında tənzimlənəcək”.
İ.Həbibbəyli eyni zamanda, məktəbəqədər təhsil müəssisələrində təhsil haqqının maliyyələşməsi ilə bağlı yaranan fikir ayrılıqları məsələsinə də aydınlıq gətirib: "Əvvəlki layihəyə əsasən,məktəbəqədər təhsil müəssisələrində hər bir uşağa görə ödənişlərin müəyyən olunması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olmalı idi. Nəzərə almışdıq ki, belə halda pərakəndəliyin olmasının qarşısını ala bilərik. Orta qiymətlər müəyyən olunmalı idi. Lakin birinci oxunuşdan sonra qərara alındı ki, bu məsələdə bir qədər sərbəstliyə də imkan yaratmaq lazımdır. Yəni, yuxarı hədd barədə də qərar qəbul etmək olar, ancaq təhsil müəssisələrinin özünün də maddi texniki bazası, imkanları, eləcə də verə biləcəyi təhsil nəzərə alınmalıdır. Ona görə də indiki halda məktəbəqədər təhsil müəssisəsinin təhsil haqları müəyyənləşdirilərkən bazar iqtisadiyyatına uyğun tələblər və təkliflər ortaq balans şəklində əsas götürülməlidir. Hələ qarşıda ikinci və üçüncü oxunuş da var. Bu müddət ərzində hər hansı dəqiqlik ola bilər. Əslində biz bunu gözləyirik”.
O qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində tədris dili Azərbaycan dilidir: "Lakin bir çox deputatlar digər xarici dillərdə də bağçaların fəaliyyət göstərməsinə müsbət yanaşıb. Təbii ki, bu zaman Azərbaycan dili aparıcılığını qorumalıdır. Ona görə də təklifləri nəzərə alaraq, həmin müəssisələrdə xarici qrupların yaradılmasının mümkünlüyünü məqbul hesab edirik”.
Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşdaparlamentin plenar iclasına tövsiyə olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi