“Nar” və “İrşad Electronics”-dən növbəti müştərək - Kampaniya

img

15-12-2016 [19:10]


"Nar” və "İrşad Electronics” mağazalar şəbəkəsi növbəti birgə kampaniyaya start verdilər. 

Belə ki, 17 gün davam edəcək kampaniya çərçivəsində hər bir kəs yalnız komissiya haqqı ödəmək şərtilə "İrşad Electronics” dükanlarından 6 aylıq faizsiz ödəmə ilə istənilən smartfonu və ya başqa cihazı ala bilər. 

Əlavə olaraq, smartfon almış hər bir şəxs bonus şəklində "Nar”-dan nömrə, aylıq 33,33 AZN dəyərində şəbəkədaxili danışıq balansı və 250 MB internet trafiki hədiyyə alır.

Kampaniyadan yararlanıb mobil telefonları əldə etmək üçün "Nar”-ın rəsmi tərəfdaşı olan "İrşad Electronics” mağazalarına müraciət etmək kifayətdir. 15 dekabr – 31 dekabr 2016-cı il tarixləri arasında aktiv olacaq kampaniya bütün məhsulları əhatə edir.

Əlavə məlumatı nar.az internet səhifəsi və "İrşad Electronics” çağrı mərkəzi (*0171) vasitəsilə öyrənmək olar.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA