Müsavat Partiyası iyunda kütləvi aksiyalara bazlayacaq

img

24-05-2010 [06:10]


Bu gün Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər və parlament seçkilərinə hazırlığın gedişi müzakirə edilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Arif Hacılı və Arzu Səmədbəyli Şəki şəhərində qonşu rayon təşkilatlarının da iştirakı ilə keçirilən zona müşavirəsi barədə məlumat veriblər. Yığıncaqda daşqınlarla bağlı fəlakət zonasındakı vəziyyət müzakirə edilib. Toplanmış informasiyalar və mütəxəssis rəyləri əsasında durum bir daha dəyərləndirilib. Fəlakətin qarşısının alınması üçün məsələnin diqqətdə saxlanılması zərurəti və Müsavat Partiyasının imkan daxilində hər cür köməklik etməyə hazır olması bir daha bəyan edilib. Daha sonra kütləvi aksiyalar haqqında məsələ müzakirə edilib. Müsavat Partiyasının kütləvi aksiyalar keçirməkdə israrlı olduğu qeyd edilərək etiraz aksiyasının iyun ayının birinci ongünlüyündə hədəfləndiyi bildirilib. Divanın növbəti toplantısında vəziyyəti bir daha dəyərləndirərək mitinqin günü haqqında qərar vermək qərara alınıb. 28 May Cümhuriyyət gününün qeyd edilməsi ilə bağlı fikir mübadiləsi davam etdirilib. Əvvəlcədən qərara alındığı kimi DUİ ilə birlikdə mayın 28-də, saat 14:00-da Novxanı qəsəbəsində Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə bayram tədbiri keçirilməsi istiqamətində tapşırıq və tövsiyələr verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA