İtkin düşən neftçilərlə bağlı məbtuat konfransı - Canlı yayım (VİDEO)

img

15-12-2016 [15:59]


Bu gün səhər saatlarında Xəzər dənizində baş vermiş qəza ilə bağlı SOCAR rəsmiləri mətbuat konfransı keçirir.

Azneft” Istehsalat Birliyinin baş direktorun müavini Balamirzə Ağarəhimov deyib ki, bu gün səhər saat 05.00 radələrində Xəzər dənizində əsən güclü külək nəticəsində "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düsmüş neftçilərin axtarışı davam edir.

Onun sözlərinə görə, hazırda 10 gəmi və 1 helikopterlə axtarışa cəlb olunubr: 

"1958-ci il təvəllüdlü Qafarov İlhamın cəsədi sudan çıxarılıb. Dekabr 12-dən havanın kəskin soyumasından xəbərdar idik və bəzi platformalardan neftçiləri təxliyyə etdik. 

Hasilatın davam etdirilməsi üçün vacib işçilərdən başqa işçi yox idi. Belə hallar üçün prosedur qaydalarımız var. Küləyin sürəti qaydaları belə aşıb".

Direktor müavini qeyd edib ki, baş verən Neft Yığım Məntəqəsi 1978-ci ildə tikilib. Avqust ayında sonuncu təmir olub. Bir neçə estakada təmir və tikinti işləri gedir.

Mətbuat konfransını buradan canlı izləyə bilərsiniz.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA