FHN-in helikopteri axtarışa başlayıb - Bir neftçinin cəsədi tapıldı

img

15-12-2016 [15:45]


Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş qəza zamanı dənizdə itkin düşən neftçilərdən bir nəfərin meyiti tapılıb.

Bu haqda "Azneft" İB-də yaradılan qərargahda baş direktorun I müavini Balamirzə Ağarəhimov bildirib. 

Onun sözlərinə görə, həmin şəxs Ələt qəsəbəsinin sakini İlham Qafarovdur.

B.Ağarəhimov qeyd edib ki, həmin şəxsin meyiti gəmiyə çıxarılıb: "O biri neftçilərin axtarışı istiqamətində işlər aparılır. Hadisə yerinə 10-dan çox gəmi, eyni zamanda FHN-in helikopteri cəlb olunub.

Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA