Azərbaycan Xarici izlər Nazirliyi "DQR"-dakı ?parlament seçkiləri? ilə bağlı bəyanat verib

img

24-05-2010 [05:50]


?Azərbaycan Respublikası öz beynəlxalq tərəfdaşlarının 23 may 2010-cu il tarixində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirilmiş ?parlament seçkiləri?nin davam etməkdə olan sülh prosesinə mənfi təsir edəcəyi ilə bağlı narahatlılığını bölüşür?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin ölkənin Dağlıq Qarabağ bölgəsində separatçı rejim tərəfindən qondarma ?parlament seçkiləri? keçirilməsi ilə bağlı verdiyi bəyanatında yer alıb. Bəyanatda qeyd olunur ki, Ermənistan Respublikası tərəfindən onun anneksiya siyasətini və Azərbaycan ərazilərinin işğalını örtbasdır etmək üçün növbəti cəhdi tam və qaçılmaz uğursuzluqla nəticələndi. Ermənistan tərəfi, öz əməlləri ilə heç kəsi yox, yalnız öz ictimaiyyətini aldadır. Avropa Parlamentinin Aİ-nin Cənubi Qafqaz üçün Strategiyasına ehtiyac ilə bağlı yenicə qəbul etdiyi məruzədə də qeyd edildiyi kimi, beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətdən yaxşı xəbərdardır. Azərbaycan Respublikası Ermənistan tərəfinin yeritməyə çalışdığı fait accompli əsasında həlli heç zaman qəbul etməyəcəkdir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaların Azərbaycanın daxilində demokratiya və çiçəklənmənin faydalarından tam və bərabər şəkildə yararlanaraq dinc yanaşı yaşayışı əsasında həll oluna bilər. Azərbaycan bir daha Ermənistan tərəfini öz destruktiv siyasətini dayandırmağa və dəyərli vaxtını israf etmək əvəzinə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə söykənən tez və davamlı həllini tapmaq məqsədilə xoş məramla danışıqlar aparmaga çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA