Azərbaycanda yeni qurumlar yaradılacaq - Rəsmi

img

15-12-2016 [11:58]


Maliyyə Bazarlarına Nəzarət Palatası qabaqcıl beynəlxalq təcrübələri nəzərə almaqla milli reytinq agentliklərinin yaradılması imkanlarını qiymətləndirəcək.

Bu barədə Azərbaycanda maliyyə xidmətlərinin inkişafına dair strateji yol xəritəsində qeyd edilib.

Sənəddə deyilir ki, müvafiq qərara uyğun tədbirlər planı hazırlanacaq və icrasına başlanacaq. "Milli reytinq agentliklərinin olmaması ilə əlaqədar bu xidmətlər yalnız beynəlxalq reytinq agentlikləri tərəfindən göstərilir. Nəticədə, az sayda iri şirkət qeyd edilmiş xidmətlərə çıxış əldə edir", – deyə sənəddə bildirilir. (APA)

Strateji yol xəritəsinin Təbdirlər Planında isə qeyd edilib ki, milli reytinq agentliklərinin yaradılması 2018-2019-ci illərə təsadüf edə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA