Üzərində həbs olan əmlaklar necə satılacaq? - Yeni qanun

img

14-12-2016 [19:25]


Azərbaycanda üzərinə həbs qoyulmuş əmlakın satılması qaydasına dəyişiklik edilir və hərrac yolu ilə satılacaq əmlakın dəyəri 10 dəfə artırılır.

Bu barədə "İcra haqqında" qanuna təklif edilən dəyişiklərdə mlumat verilib.

"Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 5 000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər", – deyə sənəddə qeyd olunub.

Qeyd edək ki, hazırda isə dəyəri 500 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər.

Dəyişiklik qəbul edilərsə, qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA