14-12-2016 [12:15]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Yer Elmləri Bölməsinin (YEB) növbəti büro iclası keçirilib.
AMEA-dan Mia.az-a verilən məlumata görə, iclası açan bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Neftqazelmitədqiqatlayihə” İnstitutunun "Qazma və sement məhlulları” laboratoriyasının müdiri, texnika elmləri doktoru Elçin Kazımovun "Kiçik təsir və həyəcan effekti əsasında qazmada yaşıl texnologiyalar” mövzusunda elmi məruzəsi dinlənilib.
Elçin Kazımov qeyd edib ki, termobarik şəraitlərlə xarakterizə olunan geoloji kəsilişlərdə qəza və mürəkkəbləşmələrin baş vermə riskinin azaldılması məqsədilə "kiçik təsir və həyəcan effekti” nəzəriyyəsi əsasında yeni elmi-praktik işləmə həyata keçirilib.
Məruzəçi dünya qazma praktikasında ilk dəfə olaraq nanolaşdırılmış mühitdə "erkən turbulentlik”, "nanoyaddaş” və "uzunömürlülük” effektlərinin əldə olunduğunu bildirib:"İqtisadi cəhətdən əlverişli, ekoloji təmiz nanoölçülü komponentlərdən istifadə etməklə ekoloji baxımdan təhlükəsiz olan yağlayıcı əlavələr, stabilləşdirici reagentlər, ağırlaşdırıcı materiallar və quyuların möhkəmləndirilməsi üçün nanosement tərkibləri işlənilib. Tətbiq olunan bu sistemlər quyuların qazılmasında və quyudibi zonanın bərkidilməsində qəza və mürəkkəbləşmələrsiz, müvəffəqiyyətlə tətbiq olunub. Müvafiq işləmələr Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Patent sənədləri ilə qüvvədədir. Son yeddi ildə əldə olunan nailiyyətlər Almaniya, Başqırdıstan, Tatarıstan, Özbəkistan, Qazaxıstan, İran və Vyetnamda keçirilən beynəlxalq konfrans və sərgilərdə nümayiş edilib, YUNESKO-nun "elm və nanotexnologiyalar” ensiklopediyasında dərc olunub, qızıl medala layiq görülüb”.
İclasda AMEA Xəbərlər (Yer elmləri seriyası) jurnalının vəziyyəti də müzakirə olunub.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək jurnalda dərc edilən məqalələrin keyfiyyət göstəricilərinin yüksəldilməsinin vacib məsələ olduğunu bildirib.
Daha sonra bir sıra struktur məsələləri müzakirə olunub.
AMEA-nın Geologiya və Geofizika İnstitutunun strukturunda "Seysmologiya və seysmik təhlükə” və "Mühəndisi geofizika” şöbələrinin yaradılması haqqında qərar qəbul edilib.
İclasda akademik Pərviz Məmmədovun 80 illik, akademik Hətəm Quliyevin isə 70 illik yubileyinin keçirilməsi barədə qərar da qəbul olunub.
Sonda bir sıra cari məsələlərə baxılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi