Bakı Nəqliyyat Agentliyindən sürücülərə - Xəbərdarlıq

img

14-12-2016 [11:58]


Bakı Nəqliyyat Agentliyi havaların kəskin dəyişməsi ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edib.

Mia.az xəbər verir ki, sürücülərə müraciət edən agentlik metereoloji vəziyyəti nəzərə alaraq avtonəqliyyat vasitələrini ehtiyatla idarə etməyi tövsiyyə edib. 

Qurum bildirir ki, qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi məqsədəuyğundur.

Məlumatda o da qeyd edilir ki, qarlı və şaxtalı günlərdə Bakı Nəqliyyat Agentliyi yarana biləcək çətinliklərin operativ aradan qaldırılması məqsədi ilə gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA