Dörd minə yaxın müəllimin maaşı gecikir - Abşeronda

img

14-12-2016 [11:48]


Abşeron rayonunda bir qrup təhsil işçisi məvaciblərini ala bilmir.

Bu barədə Abşeron rayonundakı məktəblərdə çalışan təhsil işçiləri bildiriblər. Şikayətçilərin sözlərinə görə, artıq 2 aydır 3863 müəllim məvacibini ala bilmir. 

Müəllimlər bildirir ki, gecikmə ilə bağlı onlara heç bir açıqlama verilmir.

Məsələyə aydınlıq gətirmək məqsədilə 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi ilə əlaqə saxladıq. Suallarımızı cavablandıran aparıcı məsləhətçi Nizami Abbasov bildirdi ki, noyabr ayının məvacibi artıq hesablara köçürülüb: "Bu gün axşamadək bütün müəllimlər əmək haqlarını alacaqlar. Dekabr ayının maaşları isə 1 həftə-10 gün ərzində hesablara yatırılacaq”.

qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA