13-12-2016 [21:06]
"Mən çoxdan bu konsertin həsrətində idim. Uzun illər belə olub ki, Bakıda konsertlərim elan edilib, amma sonra məndən asılı olmayan səbəblərə görə son anda ləğv edilib. Hərçənd o vaxtlar da biletlərin hamısı satılmışdı. Nəhayət, Azərbaycan Prezidentinin himayəsi ilə bu konsert baş tutdu. Həqiqətən də damcı daşı dəlir. Gec olsun, amma güc olsun".
Bu sözləri Rusiyanın Xalq Artisti Filip Kirkorov "Komsomolskaya pravda” qəzetinə müsahibəsində söyləyib.
Xatırladaq ki, bu günlərdə o, özünün "Ya” ("Mən”) adlı şou proqramını bakılılara təqdim edib.
F.Kirkorov deyib: "Axır ki, böyük Müslüm Maqomayevin vətənində oxumaq xoşbəxtliyi mənə nəsib oldu. Mən "Baku Crystal Hall” arenasında bu konsertin təşkilində iştirak edən dostum Emin Ağalarova çox minnətdaram”.
Qəzet yazır ki, şoudan bir neçə saat əvvəl Filip Kirkorov Bakıda gəzintiyə çıxıb.
Əvvəlcə İçərişəhərin qədim küçələrində gəzişib. Yeri gəlmişkən, estrada kralı orada bu tarixi konsert üçün məxsusi olaraq Bakıya gəlmiş piterli fanatı ilə təsadüfən qarşılaşıb. Sonra küçənin ortasında ucadan "Çyort, poberi” deyərək sevimli aktyoru Andrey Mironov kimi yerə yıxılıb. Əlbəttə, hər addımbaşı Kirkorovu yeyib-içirtməyə çalışıblar. Axı qonaqpərvərlik bakılıların canındadır. Hələ heç kəs bu günəşli diyardan arıqlamış halda qayıtmayıb.
- Ay, necə də dadlıdır, - deyə Filip isti təndir çörəyini təpişdirir və deyir: "Axı mənə bunu yemək olmaz! Yeməyə baxan kimi kökəlirəm".
Əlbəttə, Filip məsələni bir qədər şişirdir. Artist son vaxtlar idmanla məşğul olmağa başlayıb. Odur ki, qaməti xeyli şux olub. Yəni heç bir kökə onun qaməti üçün qorxulu deyil.
Şəhər gəzintisindən sonra Kirkorov britaniyalı arxitektor Zəha Hədidin layihələndirdiyi Heydər Əliyev Mərkəzinə gedib. Əlbəttə, mərkəzin hər sərgi zalında onu pərəstişkarları gözləyirdilər ki, Kirkorovla birlikdə şəkil çəkdirə bilsinlər.
F.Kirkorovun məşhur rejissor Franko Draqonenin quruluşunda "Ya” şousu Bakının ən nüfuzlu arenası olan "Baku Crystal Hall”da gurultulu alqış sədaları altında keçdi.
Rusiyalı pop-kralın konsertinə baxmağa 17 min tamaşaçı gəlmişdi. Konsert Filip Kirkorovun Azərbaycan dilində salam nitqi ilə başladı. Amma Kirkorov bakılılar üçün ənənəvi olan "Salam, Bakı” sözləri ilə kifayətlənmədi. Az qala 9 dəqiqə (!) azərbaycanca danışdı!
Sonra tamaşaçılar görmək istədiklərini gördülər. On yeddi min tamaşaçı "Jestokaya lyubov” ("Amansız məhəbbət”) mahnısını Kirkorovla birlikdə oxudu. Kirkorov öz baleti ilə səhnədə təqribən üç saat tamaşaçıları "ovsunladı”. Bu yaxınlarda Filiplə "Space” qrupunun rəhbəri arasında nifaqa səbəb olan "Jestokaya lyubov” mahnısını oxumağa başlayan kimi 17 minlik arena ona qoşuldu və öz telefonlarının fənərciklərini yandıraraq zalı ulduzlu səmaya bənzətdi. Bununla da fanatlar öz kumirini dəstəklədilər. Daha nə demək olar: bəlkə də Kirkorov kiminsə xoşuna gəlmir, amma onun ölkədə ən yaxşı şouya imza atmış böyük zəhmətkeş və artist olduğunu danmaq mümkün deyil.
Şounun finalında Filipi səhnədən buraxmaq istəməyən tamaşaçıların on dəqiqəlik sürəkli alqışları isə onun yenə də "nömrə bir” olduğunu göstərdi.
Azərtac
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi