13-12-2016 [20:25]
Abşeron rayonunun ən gözəl parkı olan Xırdalandakı Heydər Əliyev parkında çoxillik ağaclar bir-bir məhv edilir.
Mia.az BakiPost.az-a istinadən xəbər verir ki, sakinlərin müxtəlif aidiyyəti qurumlara müraciətlərinə və mətbuatda dəfələrlə tirajlanan yazılara baxmayaraq, hündür ağacları ilə məşhur olan parkdakı yaşıllıq məhv edilir. Xırdalan sakinlərinin saytımıza verdiyi məlumata görə, ağacların qırılması əmri birbaşa Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilib.
Sakinlər şikayətlərindən sonra ağacların hiylə işlədilərək qırıldığını bildirilir: "Əvvəl gecə qırırdılar ki, camaat görüb şəkil, video çəkib, şikayət edə bilməsin. İndi isə ağacları əvvəl qurudurlar, sonra da kəsirlər. Belə edirlər ki, soruşanda desinlər ki, qurumuşdu, heç bir məsuliyyət də olmasın”.
Xırdalan camaatı bu yerin obyekt tikintisiyçün hazırlandığını bildirir: "Bizdə olan məlumata görə, burada obyekt tikəcəklər. Özü də elə adam tikir ki, heç kim qarışa bilmir. 102-ə zəng edirik gəlmirlər. Göz görə-görə yaşıllığı düzəngaha çevirirlər”.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək istəsək də, telefonlarımıza cavab verən olmadı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev isə saytımıza açıqlamasında məsələdən xəbərdar olduqlarını bildirib:
"Abşeron rayon İcra Hakimiyyətinin mənzil təsərrüfat kommunal birliyindən nazirliyə müraciət daxil olub. Bildirilib ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ağaclar quruyur. Həmin ağacların kəsilib yerində yenilərinin əkilməsi üçün nazirlikdən icazə istənilib. Bizim mütəxəssislərimiz də yerində baxış keçiriblər. Orada, şam, sərv və müxtəlif cinsli çoxsaylı ağacların quruduğu aşkarlanıb. Ekspertiza rəyinə əsasən, yerində ağac əkilməsi şərtilə kəsilməsinə icazə verilib. Hər hansı bir obyektin tikintisindən söhbət getmir. Quruyan ağaclar yenisi ilə əvəz edilir”.
R. Mirzəyev "ağacların quruma səbəbi nədir” sualına isə belə cavab verib:
"Təbii şəkildə quruyur. Şam ağacı, sərv və bir çox müxtəlif ağaclardır. Hansısa təsirlərdən quruyurlar. Kəsilib yeniləri ilə əvəz olunması qanunvericiliyə uyğun şəkildə aparılır”.
Nazirlik rəsmisinin bu dediklərinə baxmayaraq, kəsilən ağacların heç birinin əvəzinə yeni ağac əkilməyib. Üstəlik, "özü quruyan” ağacacların hamısı müəyyən kvadrtatmetrlik ərazidədir. Yəni açıq görünür ki, ağaclar müəyyən ölçülü, tikiliyə yararlı olan sahəni əldə etmək üçün "quruyur”.

Xatırladaq ki, təkcə bu il ərzində Abşeronda ağacların qırılmasıyla bağlı mətbuatda xeyli yazılar dərc olunub.
Onlardan ən sonuncusu dekabrın əvvəllərində Azadlıq radiosunda tirajlanıb. Yazıda bildirilir ki, dekabrın 1-dən 2-nə keçən gecə Xırdalandakı Heydər parkına gələn ağackəsən dəzgahlarla, azı, 50 ağacın ömrünə son qoyulub. Park çevrəsində yaşayan sakinlərin kəsimi dayandırmaq cəhdləri heç bir nəticə verməyib.
Məlumat üçün bildirək ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovadır. Hesablama Palatasının bir neçə gün əvvəl sözügedən icra hakimiyyətində apardığı audit nəticələri isə qurumda ciddi qanun pozuntularının olduğu bildirilirdi.



Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi