Heydər Əsədovun qəbul qrafiki dəyişdi - Yeni tarix

img

13-12-2016 [20:03]


Kənd təsərrüfatı naziri Heydər Əsədovun dekabrın 23-də Göygöl rayonu Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Göygöl, Goranboy, Yevlax, Samux və Daşkəsən rayonlarının sakinləri ilə nəzərdə tutulan görüşü dekabrın 16-na keçirilib.

Nazirlikdən verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Göygöl rayon Kənd Təsərrüfatı İdarəsinə (050-224-14-43; 055-224-14-43) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsilə də qeydiyyatdan keçmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA