13-12-2016 [19:07]
Azərbaycan mediasında milliyətcə erməni olan Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyan ortaq olduğu Türkiyənin iri broyler şirkəti olan "Emre Piliç”in Azərbaycana quşçuluq məhsulları idxal etdiyi barədə xəbərlər yer alıb.
Azərbaycandan bu şirkətlə təması olanlar arasında "Bakı Quşçuluq”, "İmişli Quşçuluq”, "Saba” ASC, "Abşeron” MMC, "Şəfalı Broyler”, "İsmayıllı Quşçuluq”, "Buzovna Broyler”, "Dəvəçi Quşçuluq”, "Aqrolizinq” QSC, "Şəmkir Quşçuluq”, "İspanyol” ticarət mərkəzi, "Hacıqabul Quşçuluq”, "Siyəzən Broyler” və digər şirkətlərin adlarının olduğu ortaya çıxıb.
Məlumatlara görə, bu şirkət ən çox "Qaradaşlı” Broylerlə əlaqə qurub. Bu şirkətlər "Emre Piliç”dən əsasən damazlıq yumurta alırlar.
Əslində, erməni biznesmenlərin Azərbaycana qida məhsulları ixrac etmələri adi görünərdi. Ancaq bir erməni həkiminin nə qədər azərbaycanlı xəstəni öldürdüyü kimi acı olaylar da var. Bu prizmadan yanaşdıqda kim təminat verə bilər ki, Azərbaycana yumurta satan erməni biznesmen xəstəlik də göndərmir.
Maraq doğuran məsələ odur ki, belə məsələlərə necə nəzarət edilir. Başqa tərəfdən, ödədiyimiz valyutaya hesabına Ermənistana silah göndərilməsi də mümkün olan variantdır. O silahlar isə cəbhə boyu mülki Azərbaycan vətəndaşlarına, Öz torpağını qoruyan Azərbaycan əsgərinə tuşlanıb.
Mia.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında bu məhsulların Azərbaycana haradan, hansı dövlət vasitəsilə gətirilməsinin araşdırılmasının vacib olduğunu deyib:
"Ola bilər ki, birbaşa ticarət əlaqələri olmayan ölkədən ixrac olunsun. Yəni Türkiyə vasitəsilə ölkəmizə daxil ola bilər. Çünki bir neçə dəfə belə hallar baş verib. Bu kimi halların qarşısının alınması üçün lazımi addımlar atılıb. Ümumiyyətlə, belə hallar olmamalıdır. Çünki Azərbaycan torpağının 20 faizini işğal edən, 1 milyon 200 minə yaxın əhalisinin qaçqın düşməsinə səbəb olan ermənilərin ortaq olduğu şirkətin məhsullarının bazara daxil edilməsi yolverilməzdir və qarşısı alınmalıdır”.
V.Əhmədov məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən lazımi tədbirlər görüləcəyinə əminliyini vurğulayıb:
"Xüsusilə bu kimi hallar mətbuat səhifələrinə çıxarıldığı, ictimailəşdirildiyi zaman daha effektiv nəticələr əldə edilir. Bununla yanaşı qeyd etməliyəm ki, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi və başqa qurumlar bütün mal-məhsulu sərhəddən yoxlayıb buraxırlar. Amma bəzən bir varianta da əl atırlar. Belə ki, bəzi işbazlar erməni malını Türkiyə adı, etiketi ilə Azərbaycana gətirib satırlar. O zaman onun müəyyənləşdirilməsi çətin olur”.
Gətirilən mal-məhsulun keyfiyyəti, təhlükəsizliyilə bağlı məsələyə gəlincə, parlament üzvü bildirib ki, hər şey ola bilər:
"Çünki bu, ermənidir, nə edəcəyi bəlli deyil. Biz hər şeyə hazır olmalıyıq. Bununla yanaşı qeyd edim ki, sərhəddə bizim bütün müasir avadanlıqlarımız, aparaturamız var. Orada Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyası, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzarət mexanizmi tətbiq edilir. Hətta erməni məhsulları Türkiyə vasitəsilə Azərbaycana daxil olsa belə, onun təhlükəsizliyinə nəzarət var, amma bu, yolverilməzdir və qarşısı mütləq şəkildə alınmalıdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi