“İsraillə Azərbaycan arasında mükəmməl münasibətlər mövcuddur” - Benyamin Netanyahu

img

13-12-2016 [16:37]


"İsraillə Azərbaycan arasında mükəmməl münasibətlər və uzunmüddətli dostluq mövcuddur”.

APA-nın "Jerusalim Post”a istinadən verdiyi məlumata görə, bunu İsrail baş naziri Benyamin Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

O, Azərbaycana ikinci dəfə səfər etməkdən məmnun olduğunu bildirib: "Sizin qoruduğunuz inklüzivlik və tolerantlıq ənənəsi sayəsində yəhudi milləti burada özünün çox rahat hiss edir. Eyni zamanda İsraildə də Azərbaycandan olan yəhudilər yaşayır və onlar iki dövlət arasında körpü rolunu oynayır”.

Baş nazir Azərbaycan prezidenti ilə geniş spektrdə – enerji, ticarət, texnologiya və digər sahələrdə əlaqələrin inkişafını müzakirə etməyi səbirsizliklə gözlədiyini qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA