"FES uçot dərəcəsini artırarsa..." - Ekspert Mərkəzi Banka xəbərdarlıq etdi

img

13-12-2016 [15:17]


Bu gün başlanan Federal Ehtiyatlar Sisteminin (FES) yığıncağı yenə də dünyanın diqqət mərkəzindədir. 

Mia.az xəbər verir ki, bu haqda şərh verən iqtisadçı Vüqar Bayramov deyib ki, ABŞ birjaları artıq FES-in toplantısına reaksiya verməkdədir: "Hazırda indekslər yeni artım rekordunu təzələyiblər. Yığıncaqda uçot dərəcəsinin 0.25 faiz artırılacağı gözlənilsə də, hələlik müşahidəçilər proqnoz verməkdə maraqlı görünmürlər. FES-də qərarların qəbulunun asan müzakirələrdən keçmədiyini nəzərə alsaq, sadəcə hansı qərarın elan ediləcəyini gözləmək lazımdır”, - deyə ekspert bildirib.

V.Bayramov bildirib ki, qlobal valyuta bazarı son bir ayda FES-in potensial qərarına hazır olmağa çalışdı: "Son həftələr ABŞ dollarının möhkəmlənməsi də həmçinin bu psixoloji təsirlərlə əlaqədar idi. Təbii ki, bizim üçün ən önəmlisi manatın məzənnəsinə necə təsir göstərməsidir. Aydındır ki, uçot dərəcəsi artırılacağı halda manata psixoloji təsir yüksələcək. Bu həmçinin daxili valyuta bazarında dollara tələbin daha da artması ilə müşahidə ediləcək. Bu baxımdan, Mərkəzi Bankın bütün potensial ssenarilərə hazır olması vacibdir. Çünki bu halda söhbət valyuta bazarında dollar tələbinin təklifi yenidən kəskin üstələməsindən gedə bilər”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA