13-12-2016 [14:07]
2016-ci il Azərbaycanın iqtisadi, siyasi, sosial, mədəni, idman həyatında baş vermiş bir sıra mühüm hadisələrlə yadda qalıb.
Mia.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu il baş verən hadisələr, əslində, ötən il baş verən proseslərin davamı olsa da, bir sıra yeniliklərlə də fərqlənir.
Ötənilki kimi, bu il də ölkəmiz üçün iqtisadi böhran şəraiti davam edib. Belə ki, davamlı olaraq dünya bazarlarında neftin qiyməti aşağı düşüb. Manat dollar qarşısında dəyərini sürəkli itirməyə başlayıb. İlin sonlarına yaxın artıq milli valyutamız ilk dəfə dollar qarşısında 1,7430 manat səviyyəsində qərarlaşıb.
Hökumət böhranı nəzərə alaraq, ilk dəfə olaraq "2017-ci ilin strateji yol xəritəsi”ni ictimaiyyətə təqdim edib. Artıq 2017-ci ildən etibarən manatın "tam üzən məzənnə” sisteminə keçid edəcəyini bəyan edib.
Tarif Şurası ilin sonlarına yaxın növbəti dəfə əsaslı şəkildə işığın və qazın qiymətini qaldırıb.
Bankların lisenziyasının ləğv edilməsi prosesi bu il də davam edib. Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən, "Dekabank” ASC, "Kredobank” ASC, "Parabank” ASC və "Zaminbank” ASC-nin, həmçinin ölkənin böyük banklarından olan "Bank Standard” ASC-nin də lisenziyası ləğv edilib.
2016-cı ildə iki mühüm siyasi hadisə baş verib. Belə ki, aprelin 4-dən 5-nə keçən gecə Azərbaycan-Ermənistan cəbhə xəttində Ermənistanın növbəti təxribatı nəticəsində döyüş əməliyyatlarına start verilib. Düşmən hücumlarının qarşısının alınması və əks-həmlə əməliyyatları zamanı Azərbaycanın Silahlı Qüvvələri Ağdərə rayonu (keçmiş DQMV), eləcə də Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad etdi. Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi işğaldan azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçib. Azərbaycan Silahlı Qüvvələri ərazilərin işğal edilməsində 100-ə yaxın şəhid verib.
Sentyabrın 26-da isə, ümumxalq səsverməsi nəticəsində Azərbaycan xalqı Konstitusiyaya edilən mühüm dəyişikliklərə səs verib. Beləliklə, referendum nəticəsində Konstitusiyanın 29 maddəsinə dəyişikliklər edildi. Ölkədə vitse-prezidentlər institutu yaradıldı, prezidentin səlahiyyət müddəti 7 il müddətinə artırıldı. Bundan əlavə, ölkə prezidenti Milli Məclisi vaxtından əvvəl buraxmaq kimi səlahiyyət qazanmış oldu.
Azərbaycan teleməkanında baş vermiş mühüm olay isə 25 il fəaliyyət göstərmiş "ANS” telekanalının bağlanması oldu. İyulun 18-də kanal Türkiyədə baş verən çevriliş olaylarında terroru təbliğ etməsi, Fətullah Gülənə dəstək verməsi səbəbi ilə efir məkanından uzaqlaşdırıldı.
2016-cı il Azərbaycan idmanı üçün də gözlənilməz hadisələrlə yadda qalıb. Belə ki, Azərbaycan milli komandası ilk dəfə DÇ-nin seçmə mərhələsində 4 oyuna 7 xal yığıb. İlk dəfə komandamız ilk 3 oyunda məğlub olmayıb.
Bundan əlavə, ilk dəfə UEFA Azərbaycanda oyun alqı-satqısı ilə məşğul olan komandaların adlarını ölkə futbol federasiyasına göndərib.
Jurnalist Rasim Əliyevin qətlindətəqsirli bilinən "Qəbələ” futbol komandasının kapitanı Cavid Hüseynov azadlığa buraxıldı.
Eyni zamanda ölkəmiz növbəti möhtəşəm idman tədbirinə ev sahibliyi edib. Belə ki, ilk dəfə olaraq "Formula 1” idman yarışı Bakıda keçirilib.
Bu il dünyasını dəyişmiş tanınmışlar da az deyil. Mərhum prezident Heydər Əliyevin qardaşı Cəlal Əliyev, Xalq artisti İlhamə Quliyeva, Xalq şairi Zəlimxan Yaqub, Xalq artisti Oqtay Zülfüqarov, ilin sonlarına yaxın isə akademik Nizami Süleymanov vəfat edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi