İsmayıllıda zəlzələ oldu - AMEA-dan açıqlama

img

13-12-2016 [10:36]


"İsmayıllıda baş vermiş zəlzələlər çox da güclü zəlzələ deyil. Bu, çox güclü olmayan, amma hiss olunan zəlzələdir”.

Bunu APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli İsmayıllıda baş vermiş zəlzələlərə münasibət bildirərkən deyib.

O bildirib ki, İsmayıllıda bu cür təkanların baş verməsi gözləniləndir: "Hazırda o zonaya xas olan bir proses gedir. Digər seysmogen zonalara nisbətən Şamaxı-İsmayılı aktiv zonadır”.

Q. Yetirmişli qeyd edib ki, Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilmir.

Qeyd edək ki, İsmayıllı rayonunda bir gündə iki zəlzələ baş verib. Zəlzələlər 3 bala qədər hiss olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA