Hacıqabul zəhərində 4 kəndi su basıb

img

24-05-2010 [01:23]


Kür çayının Hacıqabul rayonunun Meyniman kəndi ərazisində bəndi yarması nəticəsində rayonun altı kəndini su basıb. ANS TV-nin hadisə yerinə ezam olunmuş xususi müxbirinin məlumatına görə, ötən gecə Meyniman kəndində bəndin 30-40 metrlik ərazidə dağılması nəticəsində, Meyniman 1, Meyniman 2, Ələtli, Ağacanlı, Girvənd və Xilə kəndlərini daşqın suları basıb. Dərhal əhalinin evakuasiyasına başlanıb, bu işə Fövqəladə Hallar Nazirliyinin helikopterləri də cəlb olunub. Bəndi yarmış su yaxınlıqdan keçən Şirvan kanalının cənub hissəsindən Hacıqabul gölünə istiqamətləndirilib. Buna baxmayaraq, Hacıqabul gölü dolarsa, rayon da daxil olmaqla ətraf ərazilər də təhlükə ilə üzləşə bilər. Hazırda Fövqəladə Hallar Nazirliyinin 500-dən artıq texnika və canlı qüvvəsi ərazidə yolçəkmə və bəndbərkitmə işləri aparır. FHN-nin rəsmi məlumatına görə, ilkin olaraq təqribən, 70-ə qədər ev qismən daşqın sularının əhatəsində qalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA