5 gün iş olmayacaq - Nazirlər Kabinetindən yeni açıqlama

img

12-12-2016 [14:04]


Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərinin sayında dəyişiklik olmayıb.

Mia.az xəbər verir ki, bu barədə Trend-ə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.

A.Əli qeyd edib ki, əvvəl elan olunduğu kimi, bayramlarla əlaqədar ölkədə 5 gün iş olmayacaq: "2016-ci il dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar qeyri-iş günüdür. 2017-ci il 1 və 2 yanvar tarixləri də Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri olacaq. Əmək Məcəlləsinə əsasən, dekabrın 31-i həftənin şənbə, yanvarın 1-i isə bazar gününə təsadüf etdiyi üçün 3 və 4 yanvarda da iş olmayacaq. Yanvarın 5-i isə iş günü hesab olunur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA