Mehriban Əliyeva Avropa Şurasının Baz katibinin müavini Mod de Bur Bukikkio ilə görüzüb

img

24-05-2010 [12:34]


Mayın 24-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ?De-yure və de-fakto gender bərabərliyinin təmin olunması? mövzusunda Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin 7-ci konfransında iştirak etmək üçün ölkəmizə gələn Avropa Şurasının Baş katibinin müavini Mod de Bur Bukikkio ilə görüşüb. Mehriban Əliyeva beynəlxalq konfransda iştirak etmək üçün dəvəti qəbul etdiyinə görə Avropa Şurası baş katibinin müavininə minnətdarlığını bildirib. Azərbaycanın birinci xanımı konfransın əhəmiyyətini qeyd etmiş, burada müzakirə olunacaq məsələlərin aktuallığını vurğulayıb. Mod de Bur Bukikkio Azərbaycanda olmasından məmnunluğunu ifadə edərək Bakıda keçirilən beynəlxalq tədbirin vacibliyindən danışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA