Bakıda havanın temperaturu 30 dərəcəyə qalxacaq

img

24-05-2010 [12:20]


Qarşıdan kəski isti hava şəraiti gözlənilir. Bu həftə Bakıda və Abşeron yarımadasında havanın temperaturu 30 dərəcəyə kimi çatacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeroloji proqnozlar bürosundan verilən məlumata görə, paytaxtda və yarımadada bu gün hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gecəyə doğru havanın tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 24-28? isti, axşam 17-20? isti olacaq. Mayın 25-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 16-18? isti, gündüz 23-26? isti təşkil edəcək. Mayın 26-da dəyişkən buludlu, əsasən yağmursuz hava proqnozlaşdırılır. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-17? isti, gündüz 24-28? isti olacaq. Mayın 27-də hava əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 16-18? isti, gündüz 25-30? isti olacaq. Azərbaycanın rayonlarında mayın 25-də əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-19? isti, gündüz 25-29? isti, dağlarda gecə 7-10? isti, gündüz 16-21?, bəzi yerlərdə 25?-dək isti müşahidə ediləcək. Mayın 26-27-də gün ərzində əsasən yağmursuz hava olacaq. Lakin 26-da gecə bəzi dağlıq ərazilərdə lokal qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19? isti, gündüz 27-32? isti, dağlarda gecə 8-12? isti, gündüz 18-23?, bəzi yerlərdə 27?-dək isti təşkil edəcək. Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA