“Azərenerji”də struktur dəyişikliyi edilib - Yeni şöbə rayadıldı

img

10-12-2016 [11:50]


"Azərenerji” ASC-nin mətbuat xidməti ləğv edilib. Ləğv edilən qurumun yerində İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsi yaradılıb.

"Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Yəhya Babanlı yeni yaradılan İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinə rəhbər təyin edilib.

ASC-nin keçmiş mətbuat xidmətinin müavini Ələkbər Baxşəliyev isə yeni şöbənin müdir müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ə.Baxşəliyev artıq bir neçə il idi ki, "Azərenerji”nin mətbuat xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edirdi.

Xatırladaq ki, Y.Babanlı bundan öncə Dövlət Miqrasiya Xidmətində və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA