"Komitə ilə XİN birləşdirilsin!" - Politoloqdan səfirliklərin bağlanmasına reaksiya

img

09-12-2016 [22:21]


"Fikrimcə, xarici ölkələrdə səfirliklərimizin sayını azaltmaqla qənaət rejiminə keçməkdənsə ixtisarlar hesabına Diaspora Komitəsini Xarici İşlər Nazirliyinə biləşdirmək, daha doğru yoldur". 

Mia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu "Feysbuk"dakı səhifəsində açıqlayıb.

Onun sözlərinə görə, onsuz da hər ikisi eyni işi görür: "Səfirlikırlərimizin "optimallaşdırılması” adı altında sayının azaldılması, həm də erməni lobbisinin çörəyinə yağ sürtmək deməkdir".

Politoloq deyir ki, AzTV Ermənistanla bağlı reportajlarında "Tamamən iflasa uğrayan Ermənistanda…” sözünü çox işlədir: "İndi tamamilə iflasa uğrayan Ermənistanda heç bizim qədər səfirliklərin sayının optimallaşdırılmasından danışmırlar".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA