İslam Oyunları ilə bağlı imtahanların vaxtı dəyişdiriləcək - Xəbərdarlıq

img

09-12-2016 [15:38]


Gələn il Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə əlaqədar imtahanların vaxtında dəyişikliklər ediləcək.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədriMəleykə Abbaszadəbildirib.

M.Abbaszadə deyib ki, bu məsələ hazırda müzakirə olunur və sonda vəziyyəti nəzərə alaraq müvafiq qərar veriləcək:

"May ayında Bakıda müəyyən imtahanlar, hətta sınaq imtahanları keçirilməyəcək. İslam HəmrəyliyiOyunları ilə əlaqədar may ayında Bakıda sınaq imtahanı keçirə bilməyəcəyik. Magistratura və rezidenturanın II mərhələsi ilə bağlı imtahanların vaxtı da müzakirə olunur. Məktəblərdə dərslər iyunun 14-də başa çatacağı üçün buraxılış imtahanları da həmin vaxtdan sonra təşkil olunacaq".

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri qeyd edib ki, imtahanların cədvəli tam təsdiqlənəndən sonra yanvarda ictimaiyyətə açıqlanacaq.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA