"Fəlakətdən siyasi, korporativ və ya zəxsi mənafe üçün istifadə etmək yaxzı hal deyil"

img

23-05-2010 [05:56]


[b]İlqar Altay: "Əksinə, cəmiyyətin bütün təbəqələri bu fəlakətin qarşısının alınmasında birlik nümayiş etdirməlidir"[/b] Son günlər daşqınlar nəticəsində yaranmış fəlakət ölkədə bütün digər prosesləri kölgədə qoyaraq, ictimai-siyasi təbəqələrin diqqətini özünə cəlb edib. Hakimiyyət mənsubları baş verən fəlakətin günahını əsasən təbii şəraitin, onun opponentləri isə hakimiyyətin üzərinə atır. Görəsən, İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay bu barədə nə düşünür? - Hökumətin və onun aidiyyətli orqanlarının bu məsələdə suçunu qətiyyən inkar etmək olmaz. Burada diqqətsizlik və laqeydlikdən tutmuş vəzifə səhlənkarlığı və iqtisadi mənimsəmə kimi ağır ittihamları aidiyyətli hökumət strukturlarına qarşı irəli sürənlər heç də haqsız deyillər. Görünür, ümid olunub ki, Kür həmişəki kimi, öz sakitliyini, səbrini, dözümünü saxlayacaq. İmkan verəcək ki, dövlət başqa vacib plan və layihələrini həyata keçirsin. Ancaq görünür, Kürün də səbri tükənib. Şəxsən mən, həmişə Kürü sakit və düzənlik çayı kimi görmüşəm. Həmişə təəccüb etmişəm ki, niyə Terek, Tərtər kimi coşqulu dağ çaylarını yox, Kür çayını tarixən Dəli Kür adlandırıblar. İndi səbəbi aydın olur ki, bu çayın çox pis, fəlakətli coşan vaxtı da olurmuş. Yəni, bu günkü vəziyyət təbii fəlakətlə əlaqəlidir, ancaq hər halda buna hazır olmaq lazım imiş. [b]- Deputat Pənah Hüseyn isə bununla əlaqədar Kürün yox, ölkədə korrupsiyanın daşdığını bildirib. Doğrudanmı bu fəlakəti birbaşa korrupsiya ilə əlaqələndirmək olar?[/b] - Pənah bəyin hərəkətləri, ictimai-siyasi gedişləri ictimaiyyət tərəfindən izlənilir. O, Kür çayı kimi yox, dağ çayları kimi daima, bütün hakimiyyətlərin dövründə coşqun və dinamik durumdadır. İndi onun seçki dairəsi ərazisində Kürün də gözlənilmədən daşması, görünür, ona stimul verib və lap coşdurub. Korrupsiya bütün Azərbaycanı və istisnasız olaraq hər bir sahəni bürüyüb. Fəlakət dərəcəsində daşırsa, qoy digər sahələr də daşsın. Bu birinci növbədə təbiətin coşmasıdır, təbii fəlakətdir. Belə daşqınlara mən şəxsən İngiltərədə olarkən rast gəlmişəm. Evlər, tövlələr su altında qalıb, ölənlər olub o cür korrupsiyasız dövlətdə. Hər il dünyanın inkişaf etmiş ölkələrindən tutmuş etməmişlərəcən nə qədər daşqın fəlakətləri baş verir, itkilər olur. Sadəcə, bu cür ümummilli dərəcədə fəlakətdən siyasi, korporativ və ya şəxsi mənafe üçün istifadə etmək yaxşı hal deyil. Kimisi yaranmış fəlakətdən istifadə edib həqəqətən hakimiyyəti "vurur", kimisi hakimiyyəti guya "vurmaq" səhnəsi yaradır, kimisi də özünü ortaya atmaq və bundan bir növ aktivləşmək şansı kimi istifadə edir. Zənnimcə, indiki məqamda belə olmaz. Əksinə, cəmiyyətin bütün təbəqələri bu fəlakətin qarşısının alınmasında birlik nümayiş etdirməli və aidiyyətli strukturlara dəstək olmalıdırlar. [b]- Vəziyyətlə bağlı su təsərrüfatı sahəsinə rəhbərlik edən Əhməd Əhmədzadə korrupsioner məmur kimi daha çox hədəfə alınıb. Onun da karyera vəziyyətinin bitəcəyi qeyd olunur.[/b] - Biz dəqiq bilmirik ki, hökumət strukturlarında kimin bu məsələdə nə qədər suçu var. Bunu dövlət rəhbərliyi yəqin ki, özü çox gözəl analiz edir və bilir. Ola bilsin ki, Əhmədzadə həqiqətən dövlətin bu sahəsində rəhbər kimi qüsurları olaraq cəzalandırılsın. Ola da bilsin, ictimai coşqunu sakitləşdirmək üçün kimlərsə qurban verilsin. ?ecə ki, AD?A-da baş verən terrora görə artıq məhkəmənin gedişindən hiss olunur ki, istintaq orqanları hadisənin törənmə mənbəyi dairəsini bir qədər şişirdiblər. Ancaq dəfələrlə olub ki, hansısa bir sahədə böyük bir problem yaranıb, hamı düşünüb ki, bu sahənin rəhbəri mütləq ağır cəzalanacaq. Ancaq dövlət başçısı özü müəyyənləşdirib ki, həmin rəhbər məmurun günahı nə dərəcədədir və onu cəzalandırmayıb. [b]- İlqar bəy, ADNA-dakı terrorla bağlı istintaqdan danışdınız. Bir aidiyyətli mütəxəssis kimi məhkəmənin gedişi barədə nə deyə bilərsiniz? [/b] - Ali təhsil ocağında törədilmiş bu terror son illər ictimaiyyəti ən çox sarsıdan hadisə oldu. Mətbuatda dəfələrlə çıxış etmişəm ki, Fərda Qədirov iyrənc təbiətə malik, cəmiyyətdən təcrid olunmuş, həyatından bezmiş bir psixopat olub. Həyatdan getməyi və gedərkən öz yaşında gəncləri aparmağı planlaşdırıb. Bunun üçün də həyatdan narazılıq hikkəsini, qəzəbini soyutmaq üçün ali təhsil ocağını seçib. Ola bilər ki, kimlərsə bilməyərəkdən bu psixopat qatilə sərhəddi keçməkdə, yaşam yeri ilə təmin etməkdə, silah almaqda, saxlamaqda yardım edib. Bu əməlin öz yüngül ittiham maddələri var. Ancaq kimlərsə bilərəkdən ki, bu qatil ali təhsil ocağında terror törədəcək, tələbələri, müəllimləri qıracaq və ona bu əməldə bilavasitə yardım edib, bu, inandırıcı deyil. [b]- Onda gənc vətəndaşların bu cür ağır ittihamlarla məhkəmə və zərərçəkənlər qarşısına çıxarılmasında hansı məqsəd ola bilər? [/b] - Əlbəttə, hər bir zərərçəkən istərdi ki, ona zərər vuran təbii fəlakət və ya ölmüş qatil yox, sağ-salamat bir şəxs olsun. İstərdi ki, itkisinin heç olmasa, mənəvi sorumunu ondan alsın. İstintaq orqanlarına da sərf edər ki, zərərçəkənin və həm də zərər çəkib şok yaşamış cəmiyyətin qarşısına sağ qalmış qatili çıxartsın. Həm də qatil qrupu çıxartsın ki, onlardan sorum da çox olsun. Bu həm görülən istintaq işinin dövlət və cəmiyyət qarşısında rol və əhəmiyyətini artırır, həm də yaşanmış şokun necə deyərlər, ağrısını çıxarır. Ancaq istintaqçı və ekspertlər arzu ilə yox, faktla hesablaşmalıdırlar. Bir qədər keçir və zaman özü göstərir ki, burada şişirtmə, haqsızlıq var. O zaman işi aparanlar dövlət rəhbərliyinin də, cəmiyyətin də gözündən düşürlər. İstintaq və məhkəmədə ədalət prinsipinə, obyektivliyə söykənmək hər şeydən vacibdir. Bu şişirtmələr əslində istintaqa və hətta dövlətə də nəticədə başağrısı gətirir. Bəli, qəti demək olmaz ki, bu hadisə ilə əlaqədar məhkəmə qarşısına çıxarılanlar tam günahsızdırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA