Daha 18 qanuna dəyişiklik ediləcək - Layihələr parlamentə təqdim edildi (SİİYAHI)

img

09-12-2016 [11:00]


Azərbaycan Milli Məclisinin növbəti iclası dekabrın 16-da keçiriləcək.

İclasın gündəliyinə 18 məsələ daxil edilib.

İclasda  "2017-ci ilin dövlət büdcəsi”, "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunların, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları, İnzibati Xətalar, Torpaq məcəllələrinə, "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında”, "Avtomobil nəqliyyatı haqqında" qanunlara dəyişikliklər layihələrinin müzakirəsi, bir neçə ölkə ilə imzalanmış sənədlərin ratifikasiyası nəzərdə tutulub.

Yenidən hazırlanmış "Hərbi vəziyyət haqqında” qanun layihəsinin də iclasda müzakirəsi gözlənilir.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA