Prezident əmisi ilə bağlı sərəncam imzaladı - Hökumətə tapşırıq

img

08-12-2016 [18:26]


Azərbaycan Prezidenti İlham Əliyev Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncamda deyilir:

"1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Aqil Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

Qeyd edək ki, Aqil Əlirza oğlu Əliyev əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktorudur. O, mərhum prezident Heydər Əliyevin qardaşı, İlham Əliyevin əmisidir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA