Prezidentdən hərbi qulluqçularla bağlı qanuna - Dəyişiklik etdi

img

08-12-2016 [15:51]


Prezident İlham Əliyev "Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Mia.az xəbər verir ki, sənədə əsasən, "Azərbaycan Respublikasının "Şücaətə görə” medalı haqqında Əsasnamə” təsdiqlənib.

Bundan başqa, "Azərbaycan Respublikasının "Şücaətə görə” medalının təsviri” təsdiq edilib.

Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən hərbi qulluqçular və vəzifə borcunu yerinə yetirən digər şəxslər bu medalla təltif ediləcəklər.
Medalın üzərində "Azərbaycan uğrunda” sözləri həkk edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA