"Sənə 5 dəqiqə vaxt verirəm. Danış" - Oqtay Əsədovdan Zahid Oruca jest

img

08-12-2016 [14:07]


Milli Məclisin bu gün keçirilən iclasında "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc çıxışı zamanı vaxt azlığından şikayətlənib.

O bildirib ki, çıxış üçün vaxt 10 dəqiqə nəzərdə tutulub, amma sonradan 5 dəqiqəyə endirilib: "Ona görə də mən geniş danışa bilmirəm. Müəyyən tezislərim var ki, onlara toxuna bilməyəcəyəm”.
Milli Məclisin sədri Oqtay Əsədov Z.Oruca belə cavab verib: "Sənə əlavə 5 dəqiqə də vaxt verirəm. Danış”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA