AMEA Botanika İnstitutu “Mən bir ağac əkmişəm” seminarında - Açıqlama

img

08-12-2016 [11:46]


AMEA Botanika İnstitutu biomüxtəlifliyin və ətraf mühitin mühafizəsi məqsədilə müxtəlif maarifləndirici seminarların təşkilində yaxından iştirak edir. 

İnstitutdan Mia.az-a verilən məlumata ggörə, növbəti seminar Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyilə "Mən bir ağac əkmişəm” layihəsi çərçivəsində Bakı Ali Neft Məktəbində təşkil olunub. 

AMEA-nın Botanika İnstitutunun Təhsil şöbəsinin müdiri, b.ü.f.d., dosent Rəşad Səlimov "Azərbaycanda bitki müxtəlifliyinin öyrənilməsi: AMEA Botanika İnstitutunun təcrübəsi, inkişaf və perspektivlər” mövzusunda çıxış edib. 

Tədbirdə R.Səlimov tələbələrə Respublikamızda bitki örtüyünün mühafizəsi sahəsində görülən işlər və AMEA Botanika İnstitutunda biomüxtəlifliyin mühafizəsi məqsədilə yaradılan məlumat bazaları və onların üstünlükləri barədə məruzə edib.

Layihə çərçivəsində təlimlər Botanika İnstitutunun laboratoriyalarına və Mərkəzi Nəbatat Bağının canlı kolleksiyasına eksursiyalarla davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA