Leyla Əliyeva: ?Azərbaycanın ərazi bütövlüyü bərpa olunanadək ölkəmizin haqq səsinin dünyaya çatdırmaqda davam edəcəyik?

img

22-05-2010 [07:03]


Mayın 22-də Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının II konfransı keçirilib. Konfransda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva da iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Moskvada Beynəlxalq Biznes mərkəzinin foyesində Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı sərgiyə baxış keçirilib. Konfrans Azərbaycanın və Rusiyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb. Sonra Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının birillik fəaliyyətinə həsr edilmiş film nümayiş olunub. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı 2009-cu il aprelin 18-də təsis edilib. Tədbirdə çıxış edən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva təşkilatın birillik fəaliyyəti dövründə həyata keçirdiyi mühüm işlər barədə məlumat verib. Leyla Əliyeva qeyd edib ki, təşkilat Bakı və Moskva ilə yanaşı, Rusiyanın Sankt-Peterburq, Tver, İvanovo, Smolensk, Yekaterinburq, Murmansk şəhərlərində də bir sıra tədbirlər keçirib. ?Fəaliyyətimizin ilk günlərindən işimizi elə qurmuşuq ki, bir çox sahələri əhatə edək?, - deyən Leyla Əliyeva bildirib ki, Heydər Əliyev Fondu ilə birgə ?Xocalıya ədalət? kampaniyası reallaşdırılışdır. Bu kampaniya çərçivəsində dünyanın 70 ölkəsində tədbirlər keçirilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan Leyla Əliyeva deyib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunanadək təşkilat ölkəmizin haqq səsinin dünyaya çatdırılması istiqamətində işləri davam etdirəcək. L.Əliyeva bildirib ki, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı humanitar və sosial sahələrdə əhəmiyyətli layihələr həyata keçirib. Rusiyanın bir sıra şəhərlərində Azərbaycan mədəniyyət günləri , ?Qanın milliyyəti olmur? adlı qanvermə aksiyası və Arxangelsk şəhərində tütün və alkoqolun insan orqanizminə vurduğu ziyanla bağlı aksiya təşkil edilmiş, yüzlərlə azərbaycanlı təşkilatın köməyi ilə Moskvada müayinə və müalicə olunmuşdur. Bundan əlavə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş mini-futbol turniri keçirilib. Təşkilatın saytının fəaliyyətə başladığını bildirən Leyla Əliyeva qurumun jurnalının da işıq üzü gördüyünü deyib. L.Əliyeva konfransın keçirilməsində əməyi olanlara təşəkkürünü bildirib. Azərbaycanda gənclərə göstərilən xüsusi diqqət və qayğıdan danışan ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, bu cür tədbirlər böyük əhəmiyyətə malikdir. Səfir bildirib ki, bu təşkilata məhz Leyla Əliyevanın rəhbərlik etməsi təqdirəlayiqdir. Gənclər və idman naziri Azad Rəhimov deyib ki, konfransın keçirilməsi Azərbaycan gəncliyinin yüksək intellektual potensiala malik olmaqla inkişaf etdiyini göstərir. Rusiyanın idman, turizm və gənclər siyasəti nazirinin müavini İqor Melniçenko da təşkilatın gördüyü işləri yüksək qiymətləndirmiş, tədbirin əhəmiyyətini vurğulamışdır. Qeyd edib ki, təşkilat Rusiya cəmiyyətində də böyük nüfuza malikdir. Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Elnur Aslanov, Ümumrusiya Azərbaycanlılar Konqresinin prezidenti Məmməd Əliyev və digər çıxış edənlər Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının bir il ərzində gördüyü işləri yüksək qiymətləndirmişlər. Vurğulanmışdır ki, təşkilat Azərbaycan-Rusiya əlaqələri, o cümlədən gənclər arasında olan münasibətlərə töhfələr verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA