MQF qurultaya hazırlaşır, namizədliklərin irəli sürülməsinə başlandı - Xəbərdarlıq

img

07-12-2016 [19:17]


Milli QHT Forumunun (MQF) 23 dekabr 2016-cı ildə IX Qurultayı keçiriləcək.

Bu barədə Mia.az-a MQF-dən verilən məlumata görə, qurulayla bağlı MQF İdarə Heyətinin qərarı ilə namizədliklərin irəli sürülməsinə başlanılıb. 

"MQF-nin IX Qurultayı hesabat-seçki qurultayı olduğuna görə MQF-nin rəhbər orqanlarına (Prezident, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası) seçkilər keçiriləcək.

MQF-nin Nizamnamə tələblərinə uyğun olaraq hər bir MQF üzvü olan QHT rəhbəri və nümayəndəsi MQF-nin rəhbər orqanlarına namizədliklərini irəli sürə bilər".

Forumdan verilən məlumata görə, namizədliyi irəli sürmək üçün aşağıdakı tələblər var:

- MQF üzvü olan QHT rəhbərləri və nümayəndələri namizədliyini irəli sürə bilər;

- Namizədliyini irəli sürən şəxsin rəhbərlik etdiyi QHT-nin İdarə Heyətinin qərarı;

Namizədliyin irəli sürülməsi üçün lazım olan sənədlərin (ərizə, anket və tərcümeyi-hal) qəbulu üçün son tarix: 15 dekabr 2016-cı il saat 18:00-a qədər.

MQF-nin IX Qurultayının 23 dekabr 2016-cı il tarixində  keçirilməsi qərara alınmışdır.

Qeyd:  MQF-nin Nizamnamə tələblərinə cavab verməyən QHT nümayəndəsinin namizədliyi qəbul edilməyəcəkdir.

Ünvan: Milli QHT Forumunun ofisi Bakı şəhəri, Zərgər Palan küçəsi 5/ Nizami 42. mənzil 56. (Daxili İşlər Nazirliyinin arxasındakı bina) 012 497 03 68; 012 497 03 95; 077 415 20 99; 077 415 15 15
Elektron ünvan: azngoforum@gmail.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA