Prezident İlham Əliyevdən Ağdamla bağlı - Sərəncam

img

07-12-2016 [18:05]


Prezident İlham Əliyev bu gün sərəncam verib.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Ağdam rayonunda yeni əkin sahələrinin suvarma suyu ilə təminatı və qəzalı vəziyyətdə olan müxtəlif sosial təyinatlı binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən 36,7 min nəfər əhalisi olan 15 yaşayış məntəqəsində 30 ədəd subartezian quyusunun qazılması üçün 2,0 (iki) milyon manat, 8 yaşayış məntəqəsində yerləşən, qəzalı vəziyyətdə olan müxtəlif sosial təyinatlı 9 binada müvəqqəti məskunlaşmış 20 məcburi köçkün ailəsinə fərdi yaşayış evlərinin tikintisi üçün 1,0 (bir) milyon manat ayrılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA