07-12-2016 [16:41]
"Bankların əksəriyyəti dollar alışını dayandırıblar. Təəccüblənməyin, söhbət nə qədər qəribə olsa da, dollar satışından deyil, alışından gedir".
Bunu Mia.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası güman edir ki, bu, valyuta artıqlığı ilə bağlıdır:
"Banklara nəzarət edən qurumlar bu istiqamətdə heç bir göstərişin verilmədiyini bildirirlər. Sadəcə, əksər bankların eyni zamanda dollar alışından imtina etməsinin təsadüf olması şübhə doğurur.
Digər tərəfdən, əksər banklarda eyni gündə dollar artıqlığının olması da nəzəri və praktiki baxımdan mümkün deyil".
İqtisadçının sözlərinə görə, əgər banklarda dollar artıqlığı varsa, o zaman vətəndaşlara dolların niyə satılmaması sual doğurur:
"Əgər deyildiyi kimidirsə, o zaman dollarlarını vətəndaşlara uyğun kursla satsınlar ki, valyuta artıqlığı bir az azalsın. Sadə iqtisadi məntiq bunu deyir".
Bəs, dollar alışından imtinanın səbəbi nədir?
İqtisdadçı bu sauala cavabda bildirir ki, səbəb sadədir:
"İnzibati yol ilə dollarlaşmanın qarşısını almaq və vətəndaşlarda dollar tələbini azatlmaq. Vətəndaş aldığı dolları sata bilmirsə, dollar ilə yığımlarını azalda bilər. Bu, səmərəli yoldurmu?
Təbii ki, yox. Əslində, belə inzibati metodlar valyuta bazarında əks effektlər yarada bilər və nəticədə bu bir neçə gün davam edərsə, dollarla yanaşı, "manatın da qara bazarı” yaranacaq. Bu halda, vətəndaşlar "qara bazara” dollar almaq deyil, həm də dollar satmaq üçün gedəcək. Deməli, dollar alışı qadağası qalarsa, "qara bazar”dakıların "əl-qolları” genişlənəcək, valyuta əməliyyatları tamamən banklardan qapalı və qaranlıq otaqlara köçəcək".
Maraqlıdır, ölkəyə gələn turistlər dollarını necə dəyişəcək?
Vüqar Bayramovun sözlərinə görə, hazırkı durumdan belə çıxır ki, hotellərdə "qara bazar” ilə bağlı xüsusi məlumatlandırma kursları olmalıdır: "Bu, zarafata bənzəsə də, əksər bankların dollar almadığı şəraitdə xeyli real görünür…".
F.ƏHMƏD
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi