07-12-2016 [17:44]
"Jurnalistika ölkədə ictimai rəyin formalaşdırılmasında mühüm rol oynayır. Bizim bu gün bu salonda səsləndirdiyimiz fikirlərin cəmiyyətə obyektiv çatdırılması jurnalistlərdən çox asılıdır. Ölkəmizin dünyada təbliği məsələləri də bu sahə ilə bağlıdır. Buna görə də hesab edirəm ki, biz jurnalistika ilə bağlı qənaət rejiminə keçməməliyik. Əksinə daha sistemli fəaliyyət göstərməliyik”.
Mia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkə parlamentinin 2017-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirəsinə həsr olunmuş bugünkü plenar iclasında deyib.
Büdcə layihəsi üzərində kifayət qədər işin aparıldığını deyən Ə.Amaşov bildirib ki, layihədə iqtisadi tarazlığı saxlamaq, ölkənin müdafiə qabiliyyətini daha da artırmaq, əsasən də vətəndaşların sosial rifahını diqqətdə saxlamaq əsas götürülüb.
"Büdcə layihəsi sosialyönümlüdür və belə olması şərtdir. Hesab edirəm ki, sənəd ölkədə aparılan islahatların yeni dövr üçün prioritetlərini müəyyənləşdirəcək. İslahatların tezliklə bəhrəsini verəcəyinə inanıram. Bu baxımdan layihəni qənaətbəxş qiymətləndirirəm və ona səs verəcəm” deyən deputat bəzi qeydlərinin olduğunu da vurğulayıb.
O, son bir ildə qəzet kağızının və çap xərclərinin kifayət qədər bahalaşdığını, KİV-lərin satışının zəif olduğunu, reklamdan gələn gəlirlərinin azlığını diqqətə çatdırıb. 2016-cı ildən ölkəyə gətirilən qəzet kağızı üzərinə Əlavə Dəyər Vergisinin tətbiqinə başlanılmasını da vəziyyətə neqativ təsir göstərən amil kimi qabardıb.
Ə.Amaşov 2017-ci ilin dövlət büdcəsindən kütləvi informasiya vasitələrinə ayrılmış vəsaitin artırılmasının zəruriliyini əsaslandırarkən internet medianın maliyyələşməsi ilə bağlı məsələyə də diqqət yetirib.
O deyib ki, hazırda internet media da ictimai fikrin formalaşmasında əsas vasitəyə çevrilib.
"Azərbaycanda təqribən 30-dək xəbər portalı normal qaydada fəaliyyət göstərir. Gələcəkdə bu rəqəmin artacağı istisna deyil. Buna görə də bu tip media vasitələrinin nəzərə alınması vacibdir. Ümumiləşdirmə apararaq təklif edərdim ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 2016-cı ildə olduğu kimi ayrılmış 4 milyon manat vəsait artırılmalıdır. Ən azından əlavə 1 milyon manat məhz internet medianın maliyyələşməsi üçün ayrılmalıdır. Reklamı, heç bir gəliri olmayan, amma həmişə peşəkarlıq, vətənpərvərlik umulan bu biçarələr necə yaşamalıdırlar?”, -deyən deputat fikrinə aydınlıq gətirib.
Ə.Amaşov çıxışında həmçinin büdcə xərclərinin istiqamətlərində bir sıra məqamlara da diqqət yetirib: "Büdcə xərclərinin istiqamətlərindəki 8.7.2-ci sıra nömrəsi üzrə radio, televiziya və nəşriyyat xərcləri nəzərdə tutulub. Məbləğ 57 milyon 81 min 310 manatdır. Rəqəmin böyüklüyü diqqət çəkir. Ancaq məsələ burasındadır ki, göstərilən rəqəmin real vəziyyətə təsiri yoxdur. Radio və televiziya dedikdə dövlət büdcəsi hesabına fəaliyyət göstərən kütləvi informasiya vasitələri nəzərdə tutulur. Nəşriyyat nədir bəs? Dövlətin nəşriyyat xərcləri böyük ola bilər. Bu xərclər azaldıla da bilər. Sözüm ondadır ki, radio və televiziya işlənilirsə, biz ya bu sayaq media vasitələrinə, ya da real olaraq ümumən KİV-lərə ayrılmış vəsaitin miqdarı barədə təsəvvürə malik olaq. Real vəziyyəti əks etdirən rəqəmi isə qeyd etdim - 4 milyon manat”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi