"Belə bir vaxtda xalqın boğazından tutub..." - Deputatdan hökumətə sərt təpki

img

07-12-2016 [12:55]


Deputat Yevda Abramov Milli Məclisdə çıxış edrəkək hökumətə qarşı sərt fikirlər səsləndirib.

O bildirib ki, dünyada baş verən proseslər Azərbaycanın büdcəsinin formalaşmasına da təsir edib.

O çıxışında Tarif Şurasının ittiham edib: "Həmişə xalqın dərdini müzakirə etmişəm, kiminləsə şəxsi problemim yoxdur. Tarif Şurası qərar qəbul edərkən hansı arqumentləri əsas götürür? Deyirlər, bu qərar aztəminatlı ailərə təsir etməyəcək, mən buna inanmıram. Azərbaycanda əhalinin yoxsulluq səviyyəsi yüksəkdir, ona görə də elektrikdən, təbii qazdan az istifadə edirlər. Belə bir vaxtda xalqın boğazından tutub çətinliyə sürükləmək doğru deyil. Bilmirəm, məmurlar, bəzi insanlar qərar qəbul edəndə xalqı düşünürlərmi?”.

Deputat "Qara bazar”dakı dolların satılmasına da münasibət bildirib. O deyib ki, bu işə nəzarət olunmur: "Metro stansiyalarının çıxışlarında dollar satılır. Bir gündə dollar 4-5 manat fərqlə satılır. Harandadır bu adamların maşınlarda bu qədər dollar? Mən danışıram, bəziləri incik düşür. Korrupsiya ilə mübarizə aparmaq lazımdır. Məmurların bahalı villaları haradandır? Dağda, bağda hər yerdə villaları var. 2017-ci il də çətin olacaq, məmurlar xalqa yaxın olmalıdırlar”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA